2 noyabr 2026-cı il tarixində saat 12:00-da “Bakı İnşaat-1” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı baş tutacaq.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
-
Cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi
-
Cəmiyyətin icra orqanının seçilməsi
-
Cəmiyyətin Müşahidə Şurasının sədr və üzvlərinin seçilməsi
-
Cəmiyyətin nizamnaməsinə ediləcək əlavə və dəyişikliklərin müzakirəsi və təsdiqi
-
Digər cari məsələlər
Tədbirdə bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə iştirakı vacibdir.
Xatırladaq ki, ASC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 497210 manatdır və qanuni təmsilçisi Hüseyn Yarıyevdir.







