Azərbaycana ət idxalı 21% bahalaşdı – 76.5 milyon dollar ödənilib

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın ət idxalı keçən ilin müvafiq dövrü ilə müqayisədə fiziki həcm baxımından 16% artaraq 28 min 184,2 tondan 32 min 644,5 tona yüksəlib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

İdxal olunan ətin statistik dəyərində də artım qeydə alınıb. Belə ki, hesabat dövründə xaricdən gətirilən ətin ümumi dəyəri 21% artaraq 63 milyon 240,7 min dollardan 76 milyon 547,9 min dollara çatıb.

Məhsulun ümumi idxaldakı xüsusi çəkisi isə 0,42%-dən 0,67%-ə qədər artaraq 0,25 faiz bəndi çoxalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər