Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Publik Hüquqi Şəxsi əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı keçirdiyi tender müsabiqəsinə yekun vurub.
Banker.az xəbər verir ki, dövlət satınalmasının qalibi “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub. Qalib şirkətlə bağlanan müqavilənin ümumi dəyəri 353 min 800 manat təşkil edir.
Müqavilə şərtlərinə əsasən, “Meqa Sığorta” ASC AYNA-nın əməkdaşlarına könüllü tibbi sığorta xidməti paketi təqdim edəcək. Sığorta təminatına əsasən, hər bir əməkdaş üçün sığorta məbləği 10 000 manat müəyyən olunub.







