Azərbaycanda yolların nişanlanmasına 29.4 milyon manat xərclənəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Publik Hüquqi Şəxsi respublika ərazisində yollarda nişanlanma işlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, dövlət satınalmasının qalibi “STP-BTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Müqavilənin ümumi məbləği 29 milyon 421 min manat təşkil edir.

Müqavilə çərçivəsində respublika ərazisində avtomobil yollarında nişanlanma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər