ABB Şamaxıdakı daşınmaz əmlakını hərraca çıxarır.
Banker.az xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC balansında olan daşınmaz əmlakı hərraca çıxarır.
Hərrac 22 oktyabr 2026-cı il saat 10:00-da keçiriləcək.
Hərraca Şamaxı şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi 85 ünvanında yerləşən qeyri-yaşayış binası çıxarılıb. Əmlakın ümumi sahəsi 273,2 kv. metr, torpaq sahəsi isə 0,0233 hektardır.
Daşınmaz əmlakın start qiyməti 122 min manat, 10%-lik beh məbləği isə 12 min 200 manat müəyyən edilib.
Əmlaka baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 10:00-dan 12:00-dək həyata keçirilir.







