Azərbaycanda 8 ayda 1 929 minik avtomobili istehsal edilib.
Banker.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 268.3 milyon manatlıq məhsul istehsal edilib.
Hesabat dövründə avtomobil, qoşqu və yarımqoşquların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 89,3% artıb, maşın və avadanlıqların istehsalı isə 73,6% azalıb.
2026-cı ilin yanvar-avqust aylarında 1 929 ədəd minik avtomobili istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 380 ədəd azdır.
Hesabat dövründə traktor istehsalı 4,5%, minik avtomobillərinin istehsalı 16,5% azalıb. Avtobus istehsalı isə 44,5% artıb. Sentyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 6 ədəd traktor, 130 ədəd minik avtomobili, 51 ədəd yük avtomobili və 26 ədəd avtobus hazır məhsul ehtiyatı olub.







