Azərbaycanda poçt və kuryer xidmətlərinin qiymətlərində artım qeydə alınıb.
Banker.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında poçt və kuryer xidmətlərinin qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% artıb (101,5%).
İllik müqayisədə 2026-cı ilin avqust ayında poçt və kuryer xidmətlərinin qiymətləri 2025-ci ilin avqust ayına nəzərən 3.3% bahalaşıb (103,3%).
Aylıq müqayisədə cari ilin avqust ayında qiymətlər iyul ayı ilə müqayisədə 0,2% artıb (100,2%).







