“Aqro-Qida” MMC ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1108 Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 37A ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Aqro-Qida” Məhdud Məsuliyyətli Cəmiyyəti 22.02.2007-ci ildə dövlət qeydiyyatından keçmişdir və yarandığı gündən hal-hazıradək öz fəaliyyətini kənd təsərrüfatı məhsuların istehsalı və satışı sahəsində qurmuşdur. MMC “CTC Holdinq”ə daxil olan şirkətlərdən biridir.
Onu da bildirək ki, “Aqro-Qida” MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Fəxrəddin İsgəndərzadədir.







