Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar proqnozu 20 % artırılır

2027-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 48 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşəcək.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər