“SOCAR Tech”də rəhbər vəzifəyə yeni təyinat olub.
Müvafiq əmrlə Namiq Pirimov şirkətin Sənaye proseslərinin rəqəmsallaşdırılması üzrə direktoru vəzifəsinə təyin olunub.
O, 2022-ci ildən bu təyinatadək şirkətdə Sənaye həlləri departamentinin baş meneceri, 2019-2022-ci illərdə menecer, 2018-2021-cu illərdə isə aparıcı məaləhətçi vəzifələrində çalışıb.
O, 2009-2015-ci illərdə isə SOCAR-ın özündə fəaliyyət göstərib.
Qeyd edək ki, SOCAR Tech — SOCAR-ın rəsmi rəqəmsal transformasiya qolu və texnologiya şirkətidir (əvvəlki adı Caspian Innovation Center).







