İran bankının Türkiyədə fəaliyyətinə qadağa qoyuldu

İrana məxsus Bank Mellatın Türkiyədə fəaliyyət göstərmək icazəsi ləğv edilib.

Banker.az xəbər verir ki, Türkiyənin Bankçılıq Tənzimləmə və Nəzarət Qurumu (BDDK) bankın fəaliyyət icazəsinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qərar sentyabrın 18-də Türkiyənin Rəsmi Qəzetində dərc olunub.

Qərarın 5411 saylı Bankçılıq Qanununun müvafiq maddəsinə əsasən qəbul edildiyi bildirilib. BDDK-nın qiymətləndirməsinə görə, bankın fəaliyyətini davam etdirməsi əmanət və iştirak fondu sahiblərinin hüquqları, həmçinin maliyyə sisteminin təhlükəsizliyi və sabitliyi baxımından risk yaradır.

Bank Mellata Türkiyədə fəaliyyət göstərmək icazəsi 1981-ci ildə verilib. Bankın İstanbul filialı isə 1982-ci ildə fəaliyyətə başlayıb. Daha sonra Ankara və İzmirdə də filiallar açılıb.

, 44 ildən çoxdur Türkiyədə fəaliyyət göstərən İran bankının ölkədəki fəaliyyətinə icazə verilməyib.