Xəzər dənizinin suyunu duzsuzlaşdıracaq zavoda 21 milyon manat xərclənəcək

“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun xarici elektrik təchizatı ilə bağlı keçirdiyi genişmiqyaslı açıq tenderin nəticələrini açıqlayıb.

Banker.az xəbər verir ki, zavodun xarici elektrik təchizatını təmin edəcək 110 kV-luq elektrik verilişi xəttinin (EVX) tikintisi və elektrikquraşdırma işlərinin icrası “Azərelektrik Tikinti Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb.

Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin ümumi dəyəri 20 645 330 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər