“Azconstruction” şirkəti Qəbələ yarımstansiyasını 21.3 milyon manata yenidən quracaq

“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) Qəbələ rayonunda yerləşən elektrik infrastrukturunun müasirləşdirilməsi məqsədilə keçirdiyi açıq tenderi yekunlaşdırıb.

Banker.az xəbər verir ki, tenderin şərtlərinə əsasən, mövcud 220/10/10 kV-luq “Qəbələ” yarımstansiyasının 220/110/10 kV-luq yarımstansiyaya keçirilməklə tam yenidən qurulması işləri həyata keçiriləcək.

Tender komissiyasının qərarı ilə genişmiqyaslı tikinti-quraşdırma və yenidənqurma işlərinin icrası “Azconstruction” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb.

Qalib şirkətlə bağlanacaq satınalma müqaviləsinin ümumi dəyəri 21 280 661 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər