“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində kritik energetika infrastrukturunun qurulması ilə bağlı keçirdiyi iri tenderi yekunlaşdırıb.
Banker.az xəbər verir ki, satınalma müsabiqəsi 110/35/10 kV-luq Qaz İzolyasiyalı Yarımstansiya (GİS) tipli Duzsuzlaşdırma YS-nın tikintisi və enerji sisteminə inteqrasiyası, həmçinin “Yaşma” yarımstansiyasında gücləndirmə və genişləndirmə işlərinin həyata keçirilməsini əhatə edir.
Tender komissiyasının qərarına əsasən, qalib şirkət “Azconstruction” Qapalı Səhmdar Cəmiyyəti seçilib.
Qalib təşkilatla bağlanacaq müqavilənin ümumi dəyəri 45 964 995 manat təşkil edir.







