Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri iş adamları Əlişer Usmanov və Mixail Fridmanı siyahıdan çıxarmaqla, təxminən 3 min fiziki və hüquqi şəxsi əhatə edən Rusiyaya qarşı sanksiyaların 3 il müddətinə uzadılması barədə razılığa gəliblər.
Razılaşma Latviyanın vetodan imtina etməsi və səsvermədə bitərəf qalmasından sonra əldə olunub.
Əvvəllər siyahıya daxil edilmiş Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar hər altı aydan bir uzadılırdı. Sanksiya qərarlarının təsdiqlənməsi üçün bütün Aİ ölkələrinin yekdilliyi tələb edilir.
Yekun qərar yazılı prosedur başa çatdıqdan sonra qəbul olunacaq.
Daha əvvəl Aİ nümayəndələri qalan məhdudiyyətlərin üç il müddətinə uzadılması müqabilində Usmanov və Fridmanın sanksiya siyahısından çıxarılması barədə ilkin razılığa gəlib.







