-1 C
Baku
Sunday, December 15, 2024

Afrikada pul qazanmağın 8 ən orijinal ideyası

Bir kisə portağalı bir dolları alıb, sonra bir dənəsini 20 sentə satmaq – çox asan və darıxdırıcı səslənir. Afrikada belə bizneslər – en qədərdir. Lakin qara qitədə çox orijinal, həm də eyni zamanda çox dəlisov ideyalara da rast gəlmək olur, məsələn –Iphone formasında tabutların düzəldilməsi. Afrikada pul qazanmağın ən qeyri adi üsullarından səkkizini sizin diqqətinizə tədim edirik.

Köçəri çəyirtkələrin basqısı-əsl kabus kimidir: qara-narıncı bulud heç bir maneyə baxmadan gedir, arxasınca qırılmış tarlalar, çılpaq ağaclar, selik ilə tıxanmış avtomobillər qoyaraq keçir. Bəzi insanlar bu xaosa baxaraq qıcıqlanır, digərləri isə bu qanadlı həşarətların dadına baxaraq, onların axırına çıxmağı daha üstün tuturlar. Xususi ilə belə tip entomoloji qurmanlar üçün, gəli-gediş çox olan yerlərdə, məsələn yanacaqdoldurma məntəqələrinin yanında, ya da gömrük məntəqələri yaxınlığında – kor-təbii sürətdə «çəyirtkə-kafelərin» sayı artır: çox sadə və başa düşülən bir interyerlə, balaca masa və manqal. «Baş aşpaz» əllərini yellədir və yeməyi elə sizin gözləriniz önündə havadan tutur. Gözləriniz qarşısında çox fəlsəfi bir mənzərə canlanır, olanlar dini mannanı xatırladır (bir zamanlar guya ki, səhrada dolaşan İsraillər üçün göydən azuqə tökülürmüş).

Ya çəyirtkə duzlanmış şəkildə manqal üstündə qızardılır, ya da biz günəbaxan və ya palma yağı ilə tavada qovurulur. Xırçaxırç zərərvericilər qablara düzülür və çox tez bir zamanda da satılır. Incil qanunlarına uyğun olmasa da, gəlirlidir. Çəyirtkənin dadı bir növ qızardılmış krevetkanı xatırladır. Çox da böyük olmayan bir kisə çəyirtkənin qiyməti isə $1-5 dollardır.

Fərasətli Keniyalı oğlanlar öz bizneslərini sıfırdan başlayırlar. Daha doğrusu sıfır dərəcəli enlikdə. Onlar turistlərə kibritlərin su vedrələrində necə üzməyinə baxmağı təklif edir və hər nümayişə görə pul alırlar. Bu üç əşyadan ibarət teatrda bilmək istəyirsiniz nəyə baxırlar: ekvatorun bir tərəfindən kibrit çöpü saat əqrəbi istiqamətində fırlanır, digər tərəfində isə saat əqrəbinin əks istiqamətində. Fərq isə birinci seyr edici ilə ikincinin yerləşmə məkanları arasındakı məsafədədir – söhbət haradasa beş metrdən gedir. Ekvator nöqtəsində, yer kürəsinin tam ortasından keçən və onu iki hissəyə ayıran xəyali xətdə kibrit hərəkətsiz qalır.  Sanki «məzəli fizika» dərsindən olan əyani, canlı təcrübəyə oxşayır, turistlər isə bunu həddindən çox xoşlayır.

Biznesmenlər də kifayət qədər razıdır, çünki işə qoyulan ilkin yatırımlar həddindən artıq minimaldır, kibrit, mayonezdən qalma vedrələr, qalan hər şeyi isə ana təbiət özü verir. Coğrafi şoudan sonra arzu edənlər ekvatoru keçməyi təsdiqləyən sertifikat ala bilər, həmçinin yer kürəsinin ortasında dayanaraq, tamamı ilə pulsuz şəkildə arzu da tuta bilərlər. Nümayişin qiyməti 2-5 dollar, sertifikatın qiyməti isə 4 dollardır.

Mobil telefon, idman avtomobili, kompüter, idman çəkmələri formasında qəbir –həyat boyu nəyə ehtiyac duyub əldə edə bilməmisənsə, öləndən sonra sənin ola bilər. Afrikalı qəbir istehsalçıları öz müştərilərinin təxəyyülünə və fantaziyasına heç bir məhdudiyyət qoymur: öz cansız vücudun üçün son məskən kimi nəhəng bibliya, pivə şüşəsi, raket, göydələn, bir qutu saqqız formasında istənilən bir tabut sifariş edə bilərsiniz.

Əşya-tabutlar heç də varlığın və həyatın faniliyinə qarşı kinayəli münasibət deyil, bu Afrika karqo-kultunun (əşyalara-pərəstişin) ifadəsidir, bu inanca əsasən bütün avropalı məhsullar afrikalı əcdadların ruhları tərəfindən yaradılıb, ona görə də onlar müəyyən dərəcədə ilahi qüvvəyə malikdir. Yerli dini təsəvvürlərə əsasən yeni dördkünc ayfonda (Iphone) dəfn olunmaq- həyat üçün çox dəbdəbəli finaldır! Bir çox insanların artıq qəbir sonrakı həyatı başlayacağı anları gözləməyə səbri çatmır. Ona görə də ola bilsin, burda insanlar tez-tez ölür və heç kəs bunu xüsusi drama, ağlaşmaya çevirmir. Xüsusi ilə də Qanada. Burda hesab olunur ki, ölüm uzun sürən dünyəvi işlərdən sonra insana verilən bir istirahətdir və buna görə də bunu sevinclə qarşılamaq lazımdır. Dəfn mərasimlərində rəqs edir ( o cümlədən də tabutla), əyləncə düzəldir, həm də daha yaxşı dünyaya kömək nəsib olmuş bəxtəvərin şərəfinə içirlər. Dəyər  $20-1500.

Tropik Afrikanın qızlarının çox pis, bərbad saçları olur, demək olar ki, hamısının. Sizin ekzotik şəkillərdə müxtəlif afrikalı qara dərili xanımların başlarında gördüyünüz qara qalın buruqlar isə- ya parik, ya da hörük üsulu ilə qaynaq edilmiş, yada sadəcə müxtəlif rezinlər vasitəsi ilə bir birinə hörülmüş süni saçlardır.  Sıravi afrikalı xanım üçün yaxşı bir parik almaq çox baha başa gəlir. Lakin gur saçlar imitasiyasını yaratmaq mümkündür, bu işdə isə onlara qara sehrli rezinləri olan, «saç becərilməsi» üzrə ustalar kömək edirlər. Prosedura çox sadədir: sintetik tellər, nazik elastik iplərin köməyi ilə öz doğma saçların üstünə sarılır, sonda balaca düyün vurulur və iplərin qalan hissəsi kəsilir. Normal insan üçün bu iş həddindən artıq yorucu və sıxıcı görünərdi, amma ki, «hörmə üzrə mütəxəssislər» qəhrəmancasına bu işi gündə 10-12 saat ərzində dayanmadan icra edirlər. Çox zaman «hörgü» işi ilə dörd ya altı əl eyni zamanda məşğul olur ki, iş arası söhbət etmək imkanı da olsun. Süni hörülmüş bu buruqlar kifayət qədər təbii görünür, əgər çox yaxından baxmazsansa, bir çeçə aydan yarım ilə qədər yaxşı vəziyyətdə qala bilir. Bundan sonra isə eyni prosesi yenidən həyata keçirmək olar. Kiməsə bu proseduralar həddindən artıq üzücü və yorucu görünə bilər, amma afrikalılar heç bir narahatlıqdan şikayət etmir. Afrikalı xanımlarda saç əsas status göstəricilərindən biridir: gözəl qara saçlara sahib olmaq, deməli uğurlu insan olmaq deməkdir. Dəyər: $30-300.

Pula görə cadugərlik etmək ideyası yaxşı səslənsə də orijinal deyil, amma böyük pulların dövr etdiyi sahələrdə cadugərlik etmək sadəcə superdir. Futbol magiyası- səriştəli ovsunçular məhz bunda böyük pullar qazanırlar. Inanmaq çətindir ki, Afrikada elə bir komanda tapılsın ki, bu cindarların, «ruhlar ilə ünsiyyətdəki vasitəçinin» xidmətindən yararlanmasın. Işə götürülmüş cadugər öz fəaliyyətinə rəqib komandanın oyunçuları üçün bədbəxt hadisələr siyahısı hazırlamaq ilə başlayır, «bədbəxtliklər proqramını» tərtib edir, sonra isə müvafiq ayin seçir. Bu rəqiblərin soyunub-geyinmə otağına göyərçin qanının çilənməsi, idman meydançasında çiy ətin basdırılması, qəbiristanlıqda anadangəlmə lüt rəqslər və ya digər tük ürpədən, iyrənc ayinlər ola bilər. Cadu ustalarından birinin bu məqalənin müəllifinə açdığı böyük sirlərdən birinə qulaq asın (cəmi 10 dollara).

Rəqib komandadan olan oyunçuların soyadları nazik parça üzərində yazılır və bişməmiş gildən hazırlanmış dərin bir boşqabın içinə qoyulur. Sonra isə ora toyuq və oxlu kirpi qanı əlavə etmək, sonra isə qabın ağzını keçi buynuzu ilə qapamaq lazımdı, bundan sonra isə həmin qapı kerosin plitə üzərində parçanın tamam həll olunana qədər qızdırmaq tələb olunur. Əgər cadu kömək etmədisə, demək digər komandanın cadugəri bu qarşılaşmada daha güclü çıxıb… Qiymət isə $5-dən başlayaraq, cadugərin statusundan asılı olaraq bir neçə on min dollar arasında dəyişə bilər.

 Afrikanın ən kasıb rayonlarında heç də hər kəs son dəbə uyğun geyinə bilmir. Ümumiyyətlə əksəriyyət əyninə heç geyinməyə paltar tapa bilmir. Bəzi qəbilələr artıq xəcalət hissini unudub, çılpaq gəzirlər. Digərləri isə özləri üçün ətraf aləmdən götürülmüş obyektlərdən paltarlar düzəldirlər. Eləcə də Keniyalılar, onlar ekvatorda kibrit satmaq ilə yanaşı (biz artıq yuxarıda onların satıcılıq qabiliyyətinin şahidi olduq) həm də şinlərdən ayaqqabı düzəltmək üzrə çox mahir dizaynerdirlər. Ayaqqabı kobud, möhkəm və ömürlük alınır: o nə su buraxmır, nə də köhnəlib-yeyilmir. Deyirlər ki, bu «traktorların» geyinilməsi zamanı ayaqların komfort dərəcəsi, bilavasitə şinlərin brendindən asılı olur. Turistlər bir qayda olaraq suvenir kimi müəmmalı səndəllər alır (ya qəlib formasında, ya da sadəcə pəncəsi bağlı şəkildə), amma yerli yoldaşlar ən sadə variant seçirlər – iki kəmərli oval çanaqlar. Belə modelə olan sevgi heç də təsadüfi deyil. Bu səndəlləri geyinən insanın izləri ilə onun hansı tərəfə getdiyini müəyyən etmək olmur, bu isə dar ayağa düşəndə digərinin inəyini oğurlayacaq qədər çətin vəziyyətdə olan insan üçün çox əhəmiyyətlidir. Qiymət: Yerlilər üçün 3 dollar, ağ dərililər üçün 4 dollar (yerli dildə mzunqu).

Tez-tez suvenir bazarlarında «bilik satan» insanlara da rast gəlmək olur. Onlar bir çox dillərdə danışır, o cümlədən də sizin dilinizdə, amma yalnız bir mövzuda, məhz hansında? «bir az simvolik məbləğdə pul ödəməklə sizə unikal bir sirr aça bilərəm (nəsildən nəslə keçən bla-bla-bla)». Əgər siz həmin vaxt, hər hansı bir ağ rəngli, ideal hamar materialdan yonulmuş, füsunkar afrikalı qadın heykəlinin qiyməti ilə maraqlanırsınızsa, bu sirr 90% hallarda həmin heykəlin həqiqətən də fil sümüyündən hazırlanıb-hazırlanmaması ilə bağlı ola bilər. Sirrin açılması belə baş verir: sizin saçınızdan bir tük çəkilir,  sonra heykəlin bir hissəsinə dolanılır və yandırılır. Məsələ ondadır ki. əsl fil sümüyündə tük yanmalı deyil. “Sirlərin açılması” –çox zərif bir biznesdir, xüsusi erudisiya və takt hissi tələb edir, həmçinin onlar insanın etibarını qazana bilir, onu özünə tərəf çəkməyi bacarır. Ona görə də «siz haradan gəlibsiniz»-sualına cavab verdikdən sonra heç təəccüblənməyin ki, sizin yeni tanışınızın adı da İvandır, o Rusiyada işləyən diplomatlar ailəsindəndir, o qonur ayıları yada salacaq, hətta hava balalaykasında ifa da edəcək. Təki siz ondan sirr alasınız. Qiymət: bir sirrə görə 5 dollar.

Işıq saçan «Catto’s» viski şüşəsi, əlində «Omo» yuyucu tozu olan, hıçqıran qadın, bankdan boşqaba gözəl eniş edən «Heinz» noxudları- bu cür süjetləri Şərqi Afrikanın bütün hissələrində, qərbinin isə bəzi yerlərində görmək mümkündür. Burda fırça və boyalar ilə çəkilmiş reklamı çox sevirlər. Kommersiya incəsənətinin şedevrləri bir qayda olaraq, kimsəsiz anbarların, hər hansı bir köhnə tikilinin fasadı üzərində və ya yoldan görülməsi mümkün olan istənilən boş qalmış divar üzərində peyda olur. Reklam rəssamları demək olar ki, işsiz oturmur, axı böyük reklam sifarişçilərindən savayı, xırda atelye, bərbərxana, balaca geyim dükanları, avtoservis, ərzaq-qida dükan sahibləri var ki, öz «müəssisələrin» fasadları üzərində gözəl, rəngarəng, diqqət çəkən rəsmlər gəlmək görmək istəyirlər. Afrikan rəssamların demək olar ki, hamısının eyni rəsm çəkmək maneraları vardır: ya tamamı ilə abstrakt – ləkələr və əlin ovcunda çəkilmiş gözlər, ya da səlis naturalizm. Amma istənilən halda reklam təmiz ürəkdən çəkilir və mərhəmət hissi oyadır. Qiymət: $50 dollardan başlayaraq.

Son xəbərlər
Digər xəbərlər