Azərbaycanın futbol klubu ləğv olunur

“Qaradağ-Lökbatan” Peşəkar Futbol Klubu Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırır. Cəmiyyət rəsmən ləğv olunduğunu elan edib.

Banker.az xəbər verir ki, kreditorlar öz tələblərini iki ay ərzində AZ1118 Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, mənzil 21 ünvanına təqdim edə bilərlər.

Klubun nizamnamə kapitalı 100 AZN təşkil edir. Hüquqi ünvanı AZ1001, Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 8, mənzil 24 olan MMC-nin qanuni təmsilçisi Bəbir Həsənovdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər