“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) paytaxt ərazisində aparılacaq növbəti abadlıq və yenidənqurma işləri üzrə keçirdiyi açıq tenderə yekun vurub.
Banker.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Xəzər-Construction” MMC seçilib.
Müqaviləyə əsasən, qalib şirkət Bakı şəhəri ərazisində yerləşən səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərini həyata keçirəcək.
Bağlanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 8 345 142 manat təşkil edir.







