Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb

ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi “Sülh Şurası” Qəzza zolağının bərpası ilə bağlı 2,45 milyard dollar dəyərində planı açıqlamağa hazırlaşır.

Şura bu gün keçiriləcək iclas zamanı Qəzza zolağının altı ay ərzində bərpası və dirçəldilməsi planını təqdim edəcək.

66 layihəni əhatə edən plan müharibədən sonrakı ilk aylarda Qəzzada yenidənqurma və idarəetmənin əsas istiqamətlərini müəyyənləşdirməyi nəzərdə tutur.

“Axios”un məlumatına görə, sənəd “Sülh Şurası”nın 28 ölkədən olan ekspertləri ilə Fələstin texnokrat hökumətinin birgə fəaliyyətinin nəticəsidir. Planın hazırlanmasına təxminən bir il vaxt sərf olunub.

Layihələr Qəzza zolağının bərpasının ilkin mərhələsində həyata keçirilməsi nəzərdə tutulan tədbirləri və idarəetmə mexanizmlərini əhatə edir.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər