Naxçıvanda qızıl və mis yataqları istismara cəlb ediləcək

Naxçıvan Muxtar Respublikasında qızıl və mis yataqları istismara cəlb ediləcək.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” da öz əksini tapıb.

Bildirilib ki, Ortakənd qızıl yatağı üzrə TİƏ sənədinin yekunlaşdırılacaq və yekun investisiya qərarı veriləcək. Ortakənd qızıl yatağı üzrə emal müəssisəsinin tikintisinə başlanılması, digər prioritet yataqlar üzrə ilkin qiymətləndirmə aparılması nəzərdə tutulur.

Daha sonra Ortakənd yatağı üzrə hasilata başlanılacaqvə digər prioritet yataqların istismara cəlbi ilə bağlı yekun investisya qərarının qəbul olunacaq.

Prosesin əsas icraçı qurumu “AzerGold” QSC-dir. Digər içraçı qurumlar isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyidir.

Qeyd edək ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının layihəsinə həsr olunmuş müşavirədə bildirib ki, Naxçıvanda yerləşən “Ortakənd” qızıl yatağında ilk istehsal 2029-cu ildə nəzərdə tutulub. Qızılın resursu 246 min unsiya təşkil edir və iqtisadi dəyəri 1,8 milyard manatdır. Tələb olunan investisiya 255 milyon manatdır, bu layihənin də icrası “AzerGold”un daxili gəliri hesabına və cəlb ediləcək borc hesabına planlaşdırılır.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər