Cəlilabadda 60 çarpayılıq yeni xəstəxananın tikintisinə 9.7 milyon manata yaxın vəsait ayrılır.
Banker.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin davamı (II mərhələ) ilə bağlı keçirdiyi açıq tenderi yekunlaşdırıb.
Satınalma müsabiqəsinin qalibi “Pro Construction Company” MMC seçilib.
Qalib şirkətlə 9 milyon 682 min manatlıq müqavilə bağlanıb.







