Əhalinin bank əmanətləri 3% artıb

Bu ilin əvvəlindən Azərbaycanda ilk dəfə iyun ayında əhalinin bank əmanətlərinin həcmi artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Belə ki, iyulun 1-nə əmanətlərin məbləği 7 815,6 mln. manat təşkil edib. Bu isə iyunun 1-i ilə müqayisədə 3,3% və yaxud 249,7 mln. manat çoxdur.

İlin əvvəlinə nisbətən fiziki şəxslərin müddətli depozitləri 17,5% azalıb, illik müqayisədə isə 2,1% artıb.

Report

Son xəbərlər
Digər xəbərlər