Arzu və məqsədlər
Arzularınız və məqsədləriniz həyatınızda böyük əhəmiyyət kəsb edirlər. Həyatınız boyu hər hansı bir maneə ilə üzləşdiyinizdə məhz arzu və məqsədləriniz sizə onların öhdəsindən gəlmək gücü qazandıracaq. Onlar diqqəti cəmləməyə, motivasiyaya kömək edərək enerjini lazımi istiqamətlərə yönəldir.
Dözümlülük
Uğura nail olmaq üçün heç vaxt təslim olmayan insan vəziyyəti almalısınız. Dözümlü olaraq uğursuzluqlara və çətinliklərə təslim olmayın. Sona qədər mübarizə aparın.
Təcrübə
Təcrübə qiymətsizdir. Uğura nail olmuş insanlar uzun illik təcrübədən keçmişlər. İstədiyiniz hər şeyə nail olmamışdan öncə təcrübə qazanmaq lazımdır. Bunun üçün 10, 20 və hətta bəzən 30 il tələb olunur.
Cəsurluq və inam
Bəzən cəsurluq edib böyük qurbanlar vermək lazımdır. Əsas olan bacaracağınıza olan inamınızdır.
Müdriklik
Sizə verilən müdrik məsləhətlərdən yararlanırsınızmı? Yol göstərənləriniz kimlərdir? Digərlərinin təcrübələrindən yararlanmaqdan utanmaq lazım deyil. Bütün insanlar bir-birilərinə kömək etməlidirlər.
Şəxsi artım
Uğursuzluqlara hazırsınızmı? Hamıya məlumdur ki, uğura aparan yol çətinliklər və yanlış qərarlar ilə əhatə olunmuşdur. Bu yolda heç olmasa bir dəfə də olsun büdrəmədən əsas məqsədə nail olmaq mümkün deyil. Səhv etməsəniz böyüməyəcəksiniz, böyüməsəniz də həlak olacaqsınız.