11 C
Baku
Sunday, December 7, 2025

Daha iki xarici şirkət Azərbaycanı tərk edib

Daha iki xarici şirkət Azərbaycandakı filialının fəaliyyətini dayandırıb. Vergilər Nazirliyinə istinadən xəbərə görə, “China Geo-Engineering Corporation İnternational” MMC-nin və “Life Division” MMC-nin Azərbaycandakı filialları ləğv olunub.

“China Geo-Engineering Corporation İnternational” MMC-nin kreditorları 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətayi rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına göndərə bilərlər.

Böyük Britaniyada hüquqi şəxs kimi qeydiyyatdan keçmiş “İnnovative İnternational Group Ltd.” holdinqə daxil olan “Life Division”la bağlı isə bütün iddialara 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 12-ci dairəvi küçəsi, ev 118Q ünvanında baxılacaq.

Report

Son xəbərlər
Digər xəbərlər