22.8 C
Baku
Monday, October 7, 2024

Qlobal informasiya təhlükəsizliyi xərcləri artacaq

Bu il qlobal informasiya təhlükəsizliyi xərcləri 81,6 milyard dollara yaxınlaşacaq. “Gartner” şirkətinin proqnozuna görə, bu, ötən illə müqayisədə 7,9 faiz daha çoxdur.

Cnews.ru saytı xəbər verir ki, konsaltinq və İT autsorsinq kimi sahələrə daha çox vəsait xərclənir. 2020-ci ilin sonunadək təhlükəsizliyin yoxlanılması, İT autsorsinq və informasiya itkisinə qarşı müdafiə (“Data Loss Prevention” – “DLP”) həlləri üzrə istiqamətlər daha yüksək artım tempi nümayiş etdirəcək.

“Təşkilatlar insidentləri aşkar edən və ona reaksiya verən həllərə daha çox önəm verməyə başlayıblar. Çünki önləyici yanaşma zərərli hücumların bloklanmasında gözlənilən nəticə vermir”, – deyə “Gartner” şirkətinin baş tədqiqatçısı Elizabet Kim bildirib.

Tədqiqatçılar hesab edir ki, informasiya təhlükəsizliyi xərcləri artmaqda davam edəcək. Müxtəlif qiymətləndirmələrə görə, 2020-ci ilin sonunadək həmin bazarın həcmi 170 milyon dollar təşkil edəcək.

Azertag

Son xəbərlər
Digər xəbərlər