9 C
Baku
Thursday, December 12, 2024

SOCAR yanvar-iyul aylarında neft hasilatını 9% azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti 2016-cı ilin yanvar-iyul aylarında4mln. 420,8 min ton neft hasil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 8,7% azdır. Bu barədə “Interfax”a SOCAR-dan məlumat verilib.

Cari ilin iyul ayında SOCAR 639 min ton neft hasil edib.

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda neft hasilatının ümumi həcmi 24 mln. 700,1 min ton (artım 0,7%), iyulda isə 3 mln. 635,9 min ton təşkil edib.

2015-ci ildə SOCAR tərəfindən 8 mln. 160,5 min ton neft hasil olunub, Azərbaycan üzrə hasilat 41 mln. 689 min ton təşkil edib.

Azərbaycan hökuməti 2016-cı ildə neft hasilatını 40 mln. 744,9 min ton həcmində proqnozlaşdırır.

 

Son xəbərlər
Digər xəbərlər