Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirdiyi valyuta hərracında kommersiya banklarının dollara olan tələbatı faktiki təklifi təxminən 12 dəfədən artıq üstələyərək rekord həcmdə – 600 mln. ABŞ dollarından çox olub. Bu barədə bank dairələrindən məlumat verilib.
ARDNF-in hərraca çıxardığı valyutanın məbləği 50 mln. dollar olub. Bu vəsait 29 kommersiya bankına satılıb.
Analitika qrupu Report hesab edir ki, tələbin həddindən artıq genişlənməsi nəticəsində növbəti hərraclarda valyuta təklifinin 100-200 mln. dollara qədər artırılacağı gözlənilir: “Bundan sonra manatın dollar qarşısında bir qədər dəyər qazanması mümkündür”.
HƏMÇİNİN OXU: Azərbaycan bankları yenidən xalis valyuta satıcısına çevrilib
#Azərbaycan bankları yenidən xalis valyuta satıcısına çevrilib | https://t.co/xc9hZsvQt3
— Banker Azərbaycan (@BankerAz) August 11, 2016