12 C
Baku
Saturday, November 23, 2024

Bu ilin 6 ayında 63 valyuta satışı hərracının 28-də tələb təklifi üstələyib

2016-cı ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2016-cı ilin yanvar-iyun ayları ilə bağlı “Pul siyasəti” icmalında bildirilib.

İcmalda qeyd olunub ki, yarımil ərzində Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirib: “ARDNF-nun valyuta bazarında satışları da Mərkəzi Bankda şəffaf və elektron əsasda təşkil olunan hərraclar çərçivəsində həyata keçirilib. Valyuta hərracları həftədə bir neçə dəfə aparılıb, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl Bloomberg terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. Hərrac bitdikdən sonra onun nəticələri haqqında məlumatlar mütəmadi qaydada ictimaiyyətə açıqlanıb”.

Cari ilin I yarısında Mərkəzi Bankda ümumilikdə 63 valyuta satışı hərracı keçirilib. Tələb 28 hərracda təklifi üstələdiyi halda 35 hərracda tam qarşılanıb. Mərkəzi Bankda valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meylli olub.

APA

Son xəbərlər
Digər xəbərlər