8 C
Baku
Thursday, December 12, 2024

Əşyaları yadda saxlamağın ən asan yolları

Adətən biz düşünürük ki, yaddaşımız – gördüyümüz və eşitdiyimiz hər bir şeyi yadda saxlayan mükəmməl bir vasitədir. Lakin əslində bizim yaddaşımız elə ilk andaca lazım olanları avtomatik yadda saxlamaq funksiyasına sahib deyil. Yaddaşımız məzmunla birgə işləmək üçün nəzərdə tutulub.

1. Öz bədəninizi unutmayın. Bizim bədənimiz düşüncələrimizlə ayrılmaz surətdə bağlıdır – daxili vəziyyətimiz özünü fiziki cəhətdən büruzə verir və əksinə. Bu o deməkdir ki, əgər seminar, mühazirə, konfrans və s. zamanı bütün informasiyaya diqqətlə qulaq asıb mənimsəmək istəyirsinizsə bu prosesə bədəninizi də aludə etməlisiniz. Fikrinizi toplayın və düz əyləşin. Rahat şəkildə əyləşdikdə tək bədən deyil, beyin də dincəlir. Bu isə o deməkdir ki, yarı uzanıqlı vəziyyətdə vacib bir məlumatı yadda saxlamaq çox çətindir. İnsan bədəni narahat vəziyyətdə olduqda beyinin bütün gücü ilə vacib məlumata yönəlməsi prosesi də çətinləşir.

2.Yadda saxlamaq istədiyiniz üç əsas məqamı müəyyən edin. İnsan yeni məlumat qəbul etdikdə (kitab oxuduqda, mühazirəyə qulaq asdıqda) onun beyni bütün materialdan yalnızca üç əsas məqamı yaxşı yadda saxlayır. Bu səbəbdən də vacib hesab etdiyiniz məqamları seçərək, məhz onlar üzərində fikrinizi cəmləyin. Əks halda yaddaşınız bu məqamları təsadüfi olaraq seçəcək.

3. Yeni ideyaya qulaq asdıqda müəyyən etməyə çalışın ki, bu ideyada məhz nə sizə aydın deyil və bu suallarla öz beyninizdəki boşluqları doldurmağa çalışın. Hətta bunlar sizin üçün yeni, naməlum anlayışlar və yaxud jarqon sözlər olsa belə. Hər bir halda lüğətə müraciət edib, anlayışları bir daha təsdiqləmək daha yaxşıdır. Əsas olan məna yükü daşımayan sözlərə ilişib qalmamaqdır.

Son xəbərlər
Digər xəbərlər