9 C
Baku
Thursday, December 12, 2024

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı prosedur qaydaları dəyişib

Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-zadəimzalayıb.

Sənədə görə, Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na 2 nömrəli əlavə – “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı təqdim edilən sənədlərə münasibətin bildirilməsi barədə Sorğu”da “10” sözləri “7” sözləri ilə əvəz edilib.

Son xəbərlər
Digər xəbərlər