23.4 C
Baku
Monday, October 7, 2024

Neft şirkəti Rusiyada əməkdaşlarının 80%-ni ixtisar edib

Fransanın “Total” neft şirkəti Rusiyadakı əməkdaşlarının 70-80%-ni işdən azad edib. 

Bu barədə “İnterfax” agentliyi xəbər verir.

Agentliyin məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, şirkətin Rusiya nümayəndəliyində təqribən 600 nəfər çalışıb. Onlardan 120 nəfəri daimi işçi, digərləri isə müxtəlif layihələrdə müqavilə əsasında işləyənlər olub. “Total” şirkətinin Xaryagin layihəsindəki 20% payının və operatorluğun “Zarubejneft”ə satılması zamanı yeni operator bütün əməkdaşları işə cəlb etməyi planlaşdırsa da, amma onların yarısını işə götürüb. Mənbə yeni operatorun yataqda əvvəl planlaşdırılan həcmdə iş aparmaq niyyətində olmadığını da istisna etmir.

“Total” şirkəti Xaryagin layihəsindəki işçilərin göndərilməsi ilə yanaşı, Rusiyada biznesini inkişaf etdirməmək planı ilə əlaqədar daimi işçilərindən də 50 əməkdaşını işdən azad edib.

“Bundan başqa, neftin qiymətinin azalması ilə bütün şirkətlər xərclərini azaltmağa çalışır. İstisna olunmur ki, ilin sonuna kimi Rusiyada əməkdaşların sayı ikiqat azaldılacaq”, – deyə mənbə bildirib. /Report

Son xəbərlər
Digər xəbərlər