1999-cu ildə avro dövriyyəyə buraxıldıqdan sonra bu valyuta Avropa İttifaqına daxil olan 28 ölkənin 19-da milli valyutanı əvəz etdi:
Avstriya —1999-cu ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – Avstriya şillinqi;
Belçika — 1999-cu ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – Belçika frankı;
Almaniya — 1999-cu ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – alman markı;
Yunanıstan — 2001-ci ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – yunan drahmı;
İrlandiya — 1999-cu ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – İrlandiya funtu;
İspaniya — 1999-cu ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – ispan pesetası;
İtaliya — 1999-cu ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – İtaliya lirası;
Kipr — 2008-ci ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – Kipr funtu;
Latviya — 2014-cü ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – Latviya latı;
Litva — 2015-ci ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – Litva liti;
Lüksemburq — 1999-cu ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – Lüksemburq frankı;
Malta — 2008-ci ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – Malta lirəsi;
Hollandiya — 1999-cu ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – Hollandiya quldeni;
Portuqaliya — 1999-cu ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – Portuqaliya eskudosu;
Slovakiya — 2009-cu ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – Slovakiya kronu;
Sloveniya — 2007-ci ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – Sloveniya toları;
Finlandiya— 1999-cu ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – Finlandiya markı;
Fransa — 1999-cu ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – fransız frankı;
Estoniya — 2011-ci ilin 1 yanvar tarixindən etibarən, köhnə valyutası – eston kronu.
Bundan əlavə, avro daha 9 dövlətin milli valyutasıdır və onların 7-si Avropada yerləşir.
Avrodan istifadə etməyən Aİ dövlətləri isə bunlardır:
Avropa İttifaqının bəzi ölkələri öz milli valyutalarından əsas pul vahidi kimi istifadə etməyə davam etməklə yanaşı, avroya keçməyi də planlaşdırmırlar. Bu ölkələrə ilk növbədə Danimarka (valyuta – Danimarka kronu) və İsveç (valyuta – İsveç kronu) aiddir. Bu ölkələr Aİ-ə daxil olduqda ölkədə referendum keçirildi və əhalinin böyük əksəriyyəti avroya keçidin əleyhinə səs verdi. 2013-cü ilin mart ayında isə İsveçin Maliyyə naziri Anders Borq bildirdi ki, İsveçdə avroya keçid planlaşdırılmır.
2002-ci ildən Bolqarıstanın milli valyutası olan lev-in məzənnəsi avro ilə əlaqələndirildi. Daha doğrusu, levin məzənnəsi müəyyən səviyyədə təyin edilib və bütün bu illər ərzində qorunur. Belə əlaqələndirmə yerli valyutanın sabitləşdirilməsi, onun etibarlılığının artırılması və bəzi hallarda ölkənin avroya keçidinə zəmin yaratmaq üçün lazımdır.
Şərqi Avropanın nəhəng iqtisadiyyatlarından biri də Polşadır. Bu ölkə həmçinin hələ də Polşa zlot-u adlanan milli valyutadan istifadə edir. Polşanın Aİ-nın vahid valyutasına keçməsi məsələsi isə 5 il müddətinə təxirə salınıb. Belə ki, ölkə əhalisinin 70%-dən çoxu bu qərarın əleyhinə səs verib.
Çexiya da həmin səbəbdən öz milli valyutasından istifadə etməyə davam edir. Avropa Komissiyasının fikrincə, milli valyutasınn 70 illiyini qeyd edən Macarıstan isə hələ avrozonaya daxil olmağa hazır deyil.
Rumınya isə (milli valyutası rumın ley-idir) 1 yanvar 2019-cu ildə avrodan milli valyuta qismində istifadə etməyə başlayacaq. Xorvatiya da öz növbəsində vahid Avropa valyutasından istifadə etməyə başlamaq planlarını dilə gətirib və bu proses 2020-ci ildə baş tuta bilər.