Statistikaya əsasən, hər beş sövdələşmədən biri ünsiyyətdə problemlər yarandığı üçün baş tuta bilmir. İş sövdələşmələri bağlayan zaman öncədən gələcək iş tərəfdaşlarınızın ölkələri haqqında məlumat əldə etməyə çalışın.
Hər bir ölkədə öz iş etiketi standartları qəbul edilib. Hər şeyi tam dəqiqliklə bilmək mümkün deyil. Sizin köməyinizə şəxsi təcrübəniz və həmkarlarınızı bilməyiniz çata bilər.
Şərq ənənələri
Çin, Yaponiya, Koreya, Malayziya və s. kimi Asiya ölkələrində milli ənənələrə çox dəyər verilir.
Çin
Məsələn, Çində danışıqlara başlanan zaman iki amilə xüsusi diqqət ayrılır. Bunlar müzakirə mövzusu barəsində məlumatların toplanması və «dostluq əhvalı»nın yaradılmasıdır. Rəsmi görüşlər zamanı mənfi cavab vermək nəzakətsizlik kimi hesab edilir. Lakin çinlilərin «bəli» cavablarının müxtəlif mənaları var. Məsələn, «bəli, bu belədir», «bəli, bu belə deyil» və nəhayət, «bəli, mən sualı başa düşdüm, lakin bu haqqda heç bir anlayışım yoxdur».
Bu halı nəzərə alın və müdriyyətinizi xəbərdar edin ki, çinli həmkarlar ilə görüşdən sonra çox ümidə qapanmasınlar.
Honkonq
Honkonqun coğrafi baxımdan Çinə yaxın olmasına baxmayaraq, burada iş ənənələri tamamilə fərqlidir.
Honkonqlu kommersiyaçılar avropalaşıblar. Danışıqlar zamanı onlar tərəfdaşları ilə bərabər səviyyədə ünsiyyət qururlar.
Yaponiya
Yaponlar punktuallıqları sayəsində demək olar ki, heç bir zaman işə gecikməməkləri ilə fərqlənirlər. İş etikasında əmək sevərliyə böyük dəyər verilir.
Yaponlar ictimai fikrə qarşı həssas olurlar. Yaponiyada görüşən zaman insanlar bir birlərinin əllərini sıxırlar.
Burada kiməsə hədiyyə verərkən belə xüsusi ənənələrə riayət edilir.
Çində hədiyyələri iki əllə almaq qəbul edilib. Əks halda bu hörmətsizik kimi qiymətləndiriləcək. Dərhal hədiyyəyə baxmaq və qarşındakı insana baş əymək olar.
Yaponiyada isə iş hədiyyələrini yalnız evdə açmaq olar. Bunu onlar hədiyyə verənin hədiyyəsi mütəvazi olduğu halda onun utanmaması üçün edirlər.