1 C
Baku
Saturday, December 14, 2024

“Goldman Sachs”: Neftin hasilat miqdarının “dondurulması” qərarı onu qəbul etməyən istehsalçıların lehinə olacaq

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və kartelə üzv olmayan bəzi neft istehsalçıları arasında gələn ay keçiriləcək yığıncaqda neftin hasilatın miqdarının müəyyən bir səviyyədə “dondurulması” istiqamətində qəbul ediləcək hər hansı qərar bu qərarı verənlərin özləri üçün təhlükəli ola bilər. Çünki OPEC və qeyri-OPEC neft istehsalçılarının hasilatın miqdarını “dondurmaq” qərarı bu qərarda iştirak etməyən digər istehsalçıların lehinə olacaq.

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın analitikləri bu fikirdədir.

“Goldman Sachs”a görə, daha əvvəl keçirilən 6 yığıncaqdakı müvəffəqiyyətsiz cəhdlərdən sonra gələn ay reallaşacaq toplantıda hər hansı bir qərarın qəbul edilməsi Səudiyyə Ərəbistanının yeni enerji nazirinin digər istehsalçı ölkələrlə əməkdaşlıq etmək istəyinin göstəricisi olacaq. Hasilatın miqdarının “dondurulması” istiqamətində bir qərar “qara qızıl”ın qiymətinin bahalaşması və digər istehsalçıların neft təklifini artırmasına səbəb olarsa bu, OPEC-ə üzv ölkələr üçün heç də yaxşı olmaz.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər