Çox az adama bəllidir ki, Avropanın cənubunda demək olar ki, heç bir adi maliyyə qanununa riayət etməyən “sehrli bank” mövcuddur. Bu maliyyə müəssisənin özünəməxsus qanun və qaydaları, ənənələri vardır.
Onun əməkdaşlarını nə hüquq mühafizə orqanları, nə də vergi müfəttişləri narahat edə və ya sorğu-suala çəkə bilməzlər. Bu unikal bankda nə müştərilər, nə hesablar haqqında heç nə danışmır, nə məlumatlar burada elektron üsul ilə emal olunmur və heç bir şərtdən və şəraitdən asılı olmayaraq bank öz hesabatlarını dərc etmir.
Bankın rəsmi adı belə səslənir: Istituto per le Opere di Religione, amma ölkə xaricində o daha çox Vatikan Bankı adı ilə məşhurdur.
Pulların yuyulması
Bankın yeganə sahibkarı müqəddəs Pyotrun yer üzündəki təmsilçisi hesab olunan Roma Papasıdır, amma bankın fəaliyyəti əslində müqəddəs əməllərdən çox-çox uzaqdır. Bu bir növ Roma katolik kilsəsinin məxfi anbarıdır. Saysız hesabsız kilsə təşkilatları, monastırlar, yepiskopluqlar, gizli şuralar və fondlar bu bankda öz hesablarını saxlayır.
Amma bankın müştəriləri təkcə dini müəssisələr və institutlar deyil, həm də italyan mafiyası bu bankı öz çirkli pullarını yumaq məqsədi ilə istifadə edir. Korrupsiyaya daha çox yol verən Avropa siyasətçiləri də həmçinin Vatikan Bankının xidmətlərindən yararlanır, çünki bu zaman onlar əmin olur ki, heç bir maliyyə təsisatı və ya vergi orqanının əllərini onların puluna çatmayacaq.
Minlərlə ifrat dərəcədə varlı Avropalı müəyyən ölkələrin fərqli maliyyə institutlarında öz milyonlarını gizlədir ki, onların etibarlı əllərdə – salamat şəkildə qaldığına əmin olsunlar. Bir neçə ölkə ilə bağlı bu cür ifşa situasiyaları yaşandıqdan sonra, məsələn İsveçrə və Lixtenşteyn ilə bağlı, həmin milyonların əksəriyyəti öz təqsirlərini könüllü etiraf etdilər, çünki əks təqdirdə ödəməli olacaqları vergi cəriməsi qat-qat böyük olacaqdır, həmçinin vergi cinayətləri ilə bağlı təqibdən yaxa qurtarmaq üçün bu yeganə yoldur.
Amma yəqin bu bankirlər ya çox hiyləgər olmayıb, ya da onlarda lazımı informasiya olmayıb.Əgər kimsə vergi müfəttişlərinin onu heç cürə narahat etməyəcəyindən tamamı ilə əmin olmaq istəyirsə onda öz milyonlarını Romalı dimməz, sakit bir xanıma həvalə etməlidir….
Baxmayaraq ki, ötən ilin noyabr ayında Vatikan Avropa İttifaqı ilə pulların yuyulmasını məsələsinə dair saziş imzalayıb, bu saziş şübhəli mənşəyə malik kapital sahiblərini –siyasətçiləri, iqtisadçıları və digərlərini heç də narahat etməli deyil. Sazişdə yalnız çox cüzi və səthi təhlükəsizlik tədbirlərindən söhbət gedir.
Xristian siyasətçilər
Kilsə hökuməti daxilində bank ümumi götürdükdə, hüquqi cəhətdən müstəqildir. Vatikan Aİ-lə münasibətdə hansı öhdəliklər imzalasa da, prinsip etibarı ilə bu rəsmi kağızdan başqa bir şey deyil. Çünki Vatikan Bankının etdikləri tamamı ilə başqa məsələdir və hüquqi nöqteyi-nəzərindən bu bir-birindən olduqca fərqli iki məsələdir. Roma Papası XVI Benidiktin pulların yuyulmasının əleyhinə söylədiyi nitq hörmətə layiqdir – bu barədə böyük əzmkarlıqla daima cəmiyyətə informasiya verir.
Amma Vatikan bankının öz xəzinəsində və saxlama kameralarında “çirkli pulların” mövcudluğunu təkzib etməsi mafiya, bəzi siyasətçilər və bankın digər müştərilərin tam ürəyincə olur. Bank Vatikan elə fondların və təşkilatların hesablarına malikdir, əslində onların heç biri mövcud deyil. Bank o hesabları o partiyaları təmsil edən siyasətçilərə verir ki, onları adında “xristian” kəlməsi istifadə edilmiş olsun.
Onların arasında, misal üçün, ictimai xadimlər də var ki, Almaniyada öz vəsaitlərini qeyri-qanuni şəkildə ölkə xaricində gizlətməyə çalışan vətəndaşları vergiyə cəlb edirlər. Almaniya Federativ Respublikasının demokratiyasının bəzi qara dəlikləri vardır ki, sadəcə vətəndaşların belə məsələlərdən xəbəri olmur. Vatikan Bankı bunlardan biridir və o çox effektivdir.
Ruhanilik və əxlaq praktikada
Vatikan bankını nə nəzarət altına götürmək, nə donu bağlamaq mümkün deyil. Rəsmi olaraq, o, özəl və eyni zamanda dini müəssisə hesab olunur. Amma qəribdir ki, bankın nə əməkdaşlarının, nə də müştərilərinin əsl xristian dəyərləri və əxlaqı ilə heç bir ortaq əlaqəsi yoxdur.
Bank Vatikan çox sərfəli əməkdaşlıq təklif edəcəyi müştərilərin seçimində olduqca ehtiyatlı və diqqətli davranır. Onlar nəinki öz milyon və milyardlarını saxlamaq üçün banka etibar etməli, həm də dindar olmalıdırlar. Söhbət Vatikanın daxili əxlaq kodeksindən gedir. Bu Roma papasının və onun yaxın tərəfdaşlarının öz möminlərindən riayət olunmasını tələb etdiyi zahiri əxlaq kodeksindən qəti şəkildə fərqlənir. Əgər kilsəyə mənsub olan dindarlar bu kodeksə riayət etsələr onlara göy üzündə əbədi həzz vəd edilir.