Nəyə görə insanlar səhərlər heç də gözəl olmayan əhval ilə oyanırlar? Demək olar ki, sağlam insanların belə 25%-i səhərlər özünü zəif və kefsiz hiss edir.
Yatdığımız zaman orqanizmimiz ilə nə baş verir?
Məsələ isə bundadır. Axşamlar bizim orqanizmimizdə “xoşbəxtlik hormonu” – endorfinin azalması baş verir. Endorfin isə öz növbəsində beyin neyronlarında təbii yolla yaranır və ağrını azaltmaq və emosiyalara təsir etmək qabiliyyətinə malikdir. Səhərə isə endorfin ehtiyatı azalır və insanın əhvalı pisləşir. Onun miqdarını isə endorfinin yaranmasına kömək edən qidaları qəbul etməklə artırmaq olar. Bu qidalara şokolad, kakao, banan, qreyfrut aiddir. Əhvalı qaldırmaq üçün ən mükəmməl desert – üzərinə qaynar şokolad tökülmüş qızardılmış banandır.