9 C
Baku
Wednesday, December 25, 2024

Resessiya nədir?

Resessiya (Recessus latın dilində geriləmə deməkdir) —iqtisadiyyatda (xüsusən də makro iqtisadiyyatda) bu termin iqtisadi artım templərinin zəifləməsini və istehsalın çox da kritik olmayan həddə aşağı düşməsini bildirir. İstehsalın düşməsi Ümum milli məhsulun (ÜMM) və ya Ümum daxili məhsulun (ÜDM) sıfır dərəcəli artımı (staqnasiya) və ya onun yarım ildən artıq müddətdə aşağı enməsi ilə xarakterizə olunur .

Ressessiya iqtisadi tsiklin (konyektura) fazalarından biri olub, iqtisadi bumdan (partlayışdan) sonra gəlir və öz yerini iqtisadi depressiyaya verir.

Recession – İşgüzar dövrün yüksəliş (pik) fazasından sonra gələn və iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi ilə müşayiət olunan fazasıdır. Texniki olaraq, adətən, ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması (ÜDM və ÜMM-in səviyyəsinin azalması) halı resessiya sayılır. Resessiya istehsal həcminin, o cümlədən sənaye istehsalı həcminin, birja indekslərinin, real gəlirlərin və tələbin azalması, kapitalın xaricə axınının güclənməsi və işsizlik səviyyəsinin artımı kimi proseslərlə müşayiət olunur.

paretoo

Əksər hallarda resessiya birja indekslərinin kütləvi şəkildə aşağı düşməsinə səbəb olur. Bir qayda olaraq, bir ölkənin iqtisadiyyatı digər ölkələrin iqtisadiyyatından asılı olur. Buna görə də bu və ya digər ölkədə iqtisadi eniş digərlərində də iqtisadi geriləməyə, hətta dünya birjalarının çəkməsinə belə səbəb ola bilir (qara cümə axşamını yadını salın. Həmçinin də digər dövri böhranlara xarakterik olan cəhətləri resessiyaya da aid etmək olar, bu sırada işsizliyin artımını da qeyd etmək olar.

Səbəblər

Resessiyanın müxtəlif səbəbləri ola bilər, resessiyanın izah edilməsi iqtisadiyyatdakı işgüzar dövrlər (tsikllər) ilə sıx bağlıdır. Müxtəlif iqtisadi məktəblər resessiyanın səbəblərini müxtəlif cür müəyyən edirlər. Müəyyən fikirlərə əsasən bu bunu iqtisadi dövr və resessiyaların baş verməsi texnoloji mərhələlərin bir-birini əvəz etməsi ilə bağlıdır. Qərb ölkələri işə Şərqi Avropadakı resessiyanın da səbəbləri bir-birindən fərqlənir. Məsələn 2008-ci ildə yaşan maliyyə böhranının səbəbləri əsasən iki amillə izah olunur.

Birinci amil ondan irəli gəldi ki, Amerika iqtisadiyyatına yatırılan pullar birdən kəsildi. Bunun bir səbəbi bəzi investorların Amerikanın həddindən artıq borclandığını və artıq böhranın qaçılmaz olduğunu hesab etməsi idi. Lakin, əsas səbəb haqqında çox söz-söhbət gedən kredit ödəmək qabiliyyəti aşağı olan insanlara verilmiş ipoteka kreditləri və onlarla bağlı buraxılmış CDS deyilən xüsusi qiymətli kağızların kəskin dəyərdən düşməsi idi.

İkinci amil isə birincidən sonra təsirini göstərməyə. 2008-ci ilin 4-cü rübü ərzində dünya iqtisadiyyatı zəifləməyə başladıqca neftə tələb də azalmağa başladı. Bunu görən spekulyantlar pullarını itirməmək üçün investisiya obyekti kimi aldıqları nefti satmağa başladılar və bu 2009-cu ilin ilk iki ayı ərzində neftin qiymətinin birdən-birə $150-dən $38-ə düşməsinə səbəb oldu. Nəticədə bu neft gəlirlərindən asılı olan bir çox ölkələrin, o cümlədən Azərbaycanın da neft ixracı gəlirlərinin də kəskin azalmasına gətirib çıxartdı. Birinci amil bütün dünyada kredit sıxıntısına, ikinci amil isə bununla yanaşı neft ixracı gəlirlərinin kəskin azalmasına səbəb oldu.

«Resessiya», «iqtisadi böhran», «depressiya» və «maliyyə böhranı» terminləri barədə

recession chart2

Sadalanan və mahiyyət etibarı ilə bir-birinə analoji olan bu terminlərin yumoristik şərhini məşhur 20-ci əsrin ortalarının məşhur iqtisadçı Myurrey Rotbard vermişdir:

Keçmiş dövrlərdə biz dövri xarakter daşıyan iqtisadi böhranlardan əziyyət çəkirdik, onları gözlənilməz başlanğıcı «panika», bundan sonra uzun zaman ərzində davam edən müddət «depressiya» adlanırdı. Yeni dövrün ən məşhur depressiyası, əlbəttə ki, 1929-cu ildə tipik maliyyə panikası ilə başlamış və ikinci dünya müharibəsi illərinə qədər davam etmişdir. 1929-cu ildəki fəlakətdən sonra iqtisadçılar və siyasətçilər belə qərar verdi ki, bu daha heç vaxt təkrar olmalı deyil. Bu tapşırığın öhdəsindən uğurla gəlmək üçün sadə «depressiya» sözünün özünün istifadən çıxarmaq kifayət etdi. Bu andan etibarən amerikan birjaları daha depressiya yaşamalı olmadı.

Amma 1937-1938-ci illərdə növbəti qəddar depressiya dövrü başlayanda, iqtisadçılar sadəcə və sadəcə bu qorxunc adı istifadə etməkdən imtina etdi və qulağa daha çox yatan bir sözü – resessiyanın tətbiqinə başladı. Həmin vaxtdan bəri biz artıq bir neçə dəfə ressessiya yaşamalı olmuşuq, alkin onlardan heç bir depressiya olmayıb. Bütün halları nəzərə alsaq, sonuncu ressessiyanın 1957-1958-ci illərdə baş verdiyini demək olar. Həmin dövrdən bəri isə bizdə «iqtisadi enişlər» və hətta «iqtisadi ləngimələr» və hətta «yayınmalar» belə qeydə alınıb.
— Myurrey Rotbard «İqtisadi depressiya : onların səbəbləri və müalicə metodları» // 1969

Son xəbərlər
Digər xəbərlər