Əmanətlərin Sığortalanması Fondu tərəfindən 25 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20 mln. 699 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 36 mln. 513 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 9 mln. 946 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 473 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 69 mln. 631 min manatdan artıq kompensasiya ödənilib.
Fonddan verilən məlumata görə, 25 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 3 mln. 138 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 883 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 4 mln. manatdan artıq kompensasiya ödənilib.
25 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 052 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 504 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 mln. 451 min manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 218 mln. manatdan artıq kompensasiya ödənilib.
APA