21 C
Baku
Tuesday, October 8, 2024

Con Kerri Hindistanda iki saat tıxacda qalıb

ABŞ dövlət katibi Con Kerri Hindistana səfəri zamanı güclü yağışlar səbəbindən iki saat tıxacda qalıb.

Xəbərə görə, bu barədə “Bloomberg” agentliyinin müxbiri Nikolas Vadams məlumat verib.

“Con Kerri digərləri kimi, Nyu-Delidə yağışlı gecədə tıxacda ilişib”, – deyə Vadams yazıb.

Bir müddətdən sonra, o, Kerrinin hava limanından təyinat nöqtəsinə yolunun iki saat təşkil etdiyini dəqiqləşdirib və yağışların bu gün də davam edəcəyini qeyd edib.

SalamNews

Son xəbərlər
Digər xəbərlər