12 C
Baku
Wednesday, December 11, 2024

Biflyasiya

Biflyasiya (miksflyasiya) – bu inflyasiya və deflyasiyanın eyni anda baş verdiyi iqtisadi vəziyyətdir. Ilk əvvəl termin Phoenix Investment Group investisiya şirkətinin analitiki doktor Osborn Braun tərəfindən istifadə olunmuşdu.

 Biflyasiya prosesi zamanı əsas gəlir çərçivəsində əldə edilmiş birja məhsullarının qiyməti artdığı zaman kreditə götürülmüş məhsulların qiyməti azalır.

Biflyasiya zamanı bir tərəfdən mərkəzi bank tərəfindən emissiya nəticəsində pul kütləsinin həcmi artır, bunun nəticəsində iqtisadiyyata külli miqdarda pul kütləsi daxil olur. Zəruri ehtiyac mallarının (qida, geyim, enerji) qiyməti artır, çünki onlara tələb daima stabil olaraq qalır.

Digər tərəfdən biflyasiya zamanı işsizlik artır və əhalinin alıcılıq qabiliyyətliliyi azalır. Nəticədə əhalinin əsas xərcləri gündəlik məhsullara sərf olunur, kreditə alınmış məhsullara (ev, avtomobil və digər iri alış-verişlər) isə tələb azalır və qiymət aşağı düşür.

Son xəbərlər
Digər xəbərlər