Tez-tez müştərilərdə hər hansı bank məhsulu haqqında məlumat almaq ehtiyacı yaranır.Bunun üçün bankların “çağrı mərkəzləri”,”qaynar xətləri” fəaliyyət göstərir. Lakin,müştərilərə bəzən telefon başında dəqiqələrlə gözləmək yorucu gələ və ya vaxt itkisi ola bilər. Hər nə qədər bankların sosial şəbəkələrdə rəsmi səhifələri olsa da,əksər hallarda müştəriyə bankın filiallarına müraciət etməyi,ən yaxşı halda “qaynar xəttə” zəng etməyi təklif edirlər.Lakin,bəzi banklarda “onlayn məsləhətçi” xidməti fəaliyyət göstərir.
“Onlayn məsləhətçi” xidməti,bankların məhsul və xidmətləri haqqında sual,təklif,şikayətlərinizlə bağlı operativ cavab ala biləcəyiniz bir xidmət növüdür.Bu xidmətdən istifadə üçün bankların saytlarında müvafiq pəncərədə adınızı, soyadınızı və əksər hallarda e-mail adresinizi qeyd edirsiniz.Bəzən bu pəncərə sizin qarşına sayta daxil olan kimi çıxır.Müraciət məktubunuzu yazıb göndərirsiniz.5-10 saniyə ərzində sizə cavab verilir.
Hazırda Azərbaycanda aşağıdakı banklar bu xidməti müştərilərə təqdim edir:
Banklar | Xidmətin adı |
AG Bank | Konsultant |
ASB | Onlayn Müraciət |
Bank of Baku | Məsləhətçi |
Bank Respublika | Onlayn Konsultasiya |
Bank Standard | Onlayn Məsləhətçi |
Bank VTB | Onlayn Konsultasiya |
Beynəlxalq Bank | Onlayn Konsultasiya |
Caspian Development Bank | Sizə necə kömək edə bilərik? |
Kapital Bank | Sualınız var? |
NBC Bank | Onlayn Konsultasiya |
Nikoil Bank | Onlayn Konsultasiya |
Rabita Bank | Onlayn Konsultasiya |
Turan Bank | Onlayn Konsultasiya |
Unibank | Onlayn Məsləhətçi |
Xalq Bank | Onlayn Məsləhətçi |