26 C
Baku
Tuesday, October 8, 2024

Çinin valyuta ehtiyatları 5 illik minimuma düşüb

Bu ilin avqust ayında Çinin valyuta ehtiyatları (Honkonq, Makao və Tayvan nəzərə alınmadan) 15,89 mlrd. ABŞ dolları azalaraq 3,185 trln. dollara düşüb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, 2011-ci ildən bəri ən aşağı həddir.

Xatırladaq ki, Çinin valyuta ehtiyatları iyul ayında da azalıb, amma avqustla müqayisədə azalma təxminən 4 dəfə az – cəmi 4,1 mlrd. dollar təşkil edib. Bununla belə, azalma tempi analitiklərin proqnozlarını üstələyir. Mütəxəssislər yaranmış vəziyyəti ölkədən kapital axını ilə izah edirlər. Bu prosesin ilin sonuna qədər davam edəcəyi və ölkənin milli valyutası yuanın məzənnəsinin bir qədər də zəifləyəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər