12 C
Baku
Wednesday, December 24, 2025

Azərbaycanın qeyri-neft məhsullarının ixracı kəskin azalıb

2016-cı ilin I yarısında Azərbaycanın qeyri-neft məhsullarının ixrac həcmi $544,9 mln. təşkil edib. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

2015-ci ilin yanvar-iyun aylarında Azərbaycandan $827 mln. dəyərində qeyri-neft məhsulları ixrac edilib. Beləliklə, cari ilin I yarıpsında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34,1% azalıb.

“Tədiyyə balansına əsasən, cari ilin birinci yarısında Azərbaycanın qeyri-neft məhsullarının ixrac həcmi $544,9 mln. təşkil edib. Belə ki, II rübdə qeyri-neft ixracının həcmi I rübdə $228,7 mln.-a qarşı $316,2 mln. təşkil edib”, – deyə AMB-dən qeyd ediblər.

2016-cı ilin yanvar-iyun aylarında respublika $6,3 mlrd.-lıq məhsul ixrac edib.

Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycan qeyri-neft məhsullarının ixracını 8,2% – $1 mlrd. 498,2 mln.-dək azaldıb.

İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər