9 C
Baku
Thursday, December 12, 2024

Rusiya-Türkiyə birgə investisiya fondu yaradılır

Rusiya və Türkiyə ümumi aktivləri 1 milyard ABŞ dolları olacaq birgə investisiya fondu yaradır. Rusiya-Türkiyə birgə investisiya fondu 2017-ci ildə işə başlaya bilər. Yeni fond kənd təsərrüfatı, səhiyyə, turizm, infrastruktur da daxil olmaqla aparıcı sahələrdə birgə layihələrin kreditləşməsi ilə məşğul olacaq.

AzərTac “investia.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RBİF) baş direktoru Kiril Dmitriyev məlumat verib.

Ekspertlərin fikrincə, investisiya fondu ölkələr arasında biznes-əlaqələri möhkəmləndirəcək.

“Hazırda Türkiyədə suveren fondun yaradılması başa çatmaq üzrədir. Həm Türkiyədəki fondun, həm də birgə fondun təşkil edilməsində RBİF-in təcrübəsindən istifadə olunur”, – deyə Kiril Dmitriyev diqqətə çatdırıb.

RBİF rəhbəri vurğulayıb ki, yeni fondun yaradılması Rusiya-Türkiyə investisiya layihələrini sistemli şəkildə maliyyələşdirməyə imkan verəcək. Hazırda Rusiya-Türkiyə birgə investisiya fondu çərçivəsində ümumi dəyəri 300 milyon dollar olan layihələrə maliyyə dəstəyi verilməsi imkanları nəzərdən keçirilir. RBİF 20 ölkə ilə tərəfdaşdır və bu cür tərəfdaşlığın hər birinin dəyəri bir neçə yüz milyon dollardan bir neçə milyard dollaradək dəyişir. Buna görə də birgə fondun yaradılmasını optimal hesab edirik.

O, bildirib ki, hazırda RBİF Türkiyədəki tərəfdaşları ilə fəal əməkdaşlıq edir. RBİF Rusiyada layihələrin reallaşdırılması üçün Türkiyənin “Rönesans Holding” şirkəti ilə saziş imzalayıb.

Son xəbərlər
Digər xəbərlər