23 C
Baku
Tuesday, October 8, 2024

“JP Morgan” – Dünyanın ən bahalı bankı

Nyu-York birjasında hərracların yekunlarına görə, “JP Morgan” bankı “Wells Fargo”nu qabaqlayaraq dünyanın ən bahalı banklarının reytinqində ilk pilləni tutub.

Hazırda “JP Morgan”ın kapitallaşması təxminən 240 milyard dollar, “Wells Fargo”nun isə 237 milyard dollar təşkil edir. “Wells Fargo” saxta kredit kartlarının buraxılmasına görə 185 milyon dollar cərimə edildikdən sonra bankın səhmləri 6 faiz aşağı düşüb.

Qeyd edək ki, bu artıq birinci dəfə deyil ki, “JP Morgan” kapitallaşma həcminə görə “Wells Fargo”nu qabaqlayır. Sonuncu dəfə 2013-cü il martın 14-də belə vəziyyət müşahidə olunmuşdu.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər