23 C
Baku
Tuesday, October 8, 2024

Warren Buffet bir gündə 1,4 milyard dollar itirdi

Warren Buffet-in sərvətinin əsasını amerikalı Berkshire Hathaway holdingi təşkil edir və şirkət 10% səhm payı ilə Wells Fargo bankının nəhəng səhmdarıdır. Şirkət 13 sentyabr tarixində həyata keçirilən hərracda təqribən 3,3% itirdi.

Wells Fargo bankının səhmlərinin dəyərinin enməsi bankın ünvanına edilən ittihamlarla bağlıdır. Sözügedən bu ittihamlara əsasən, bank 2011-ci ildə müştərilərin məlumatları olmadan 2 milyon hesabın açılması və kredit kartlarının buraxılmasında günahlandırılır. Hesablar üzrə xidmət komissiyası 2,6 milyon dollara çatıb.

Bank günahını etiraf etməkdən imtina etsə də, bank tərəfindən heç bir özünə bəraət qazandırma halı da müşahidə edilmir. Bununla yanaşı, Wells Fargo 185 milyon dollar həcmində cərimə ödəməyə razılıq verib ki, bu məbləğin 5 milyon dolları zərər görmüş müştərilərə təzminat olaraq veriləcək.

Həmçinin bank nümayəndələrinin verdiyi məlumata görə, hesabların saxtalaşdırılmasında məsuliyyət daşıyan təqribən 5,3 min əməkdaş işdən azad ediləcək. Lakin bankın bir sıra əməkdaşı Bloomberg agentliyinə verdiyi müsahibəsində yaranmış vəziyyətlə bağlı bankı ittiham etmişdir. Onlar qeyd edirlər ki, bank satış planını artırmışdı. Planın yerinə yetirilməməsi işdən qovulmaq ilə nəticələndiyi üçün əməkdaşlar saxtakarlıq etməyə məcbur olurdular.

Wells Fargo nümayəndələri artıq elan ediblər ki, 2017-ci ilin əvvəlindən öz bankirləri üçün satış qaydalarını ləğv edəcəklər.

Wells Fargo bankı bu qalmaqal fonunda öz kapitalizasiyasının 236,9 milyard dollara enməsi nəticəsində dünyanın nəhəng bankı statusunu itirdi. Onun yerini isə hazırda 240,3 milyard dollar bazar dəyərinə malik olan JPMorgan Chase & Co tutur.

 

Son xəbərlər
Digər xəbərlər