7 C
Baku
Thursday, December 12, 2024

Müxtəlif ölkələrdə pulsuz olan məhsul və əyləncələr

Bu və ya digər ölkənin sahib olduğu xüsusiyyətlərdən fərqli olaraq dünya ölkələrinin sakinlərinin həyat tərzi və vərdişləri bir-birindən fərqlənir. Bir ölkədə qarşılığında pul ödəməli olduğunuz hər hansı bir məhsula digər ölkədə tamamilə pulsuz sahib ola bilərsiniz.

BBC bu yaxınlarda Quora saytında həyata keçirilən müzakirələr əsasında dünyanın müxtəlif ölkələrində pulsuz olan məhsul və əyləncə növlərinin siyahısını tərtib edib.

Şimali Hindistan və Pakistan

Bu ölkələrdə ərzaq məhsulları satılan mağazalara səfər edərkən sizə pulsuz olaraq bir qədər koriandra və çili bibərinin dadına baxmağı təklif edə bilərlər. Bu iki ədviyyat ölkədə çox geniş yayılan ədviyyatdır. Əgər satıcı özü buna təşəbbüs etmirsə, bunu ondan xahiş edə bilərsiniz. Etiraz etməyəcək.

Hindistanda toy təşkilatçısı peşəsi demək olar ki, mövcud deyil. Bir çoxlarımızın bildiyi ki, bəzi Avropa ölkələrində bu işlə məşğul olmaqla yaxşı gəlir əldə etmək mümkündür. Hindistanda isə bu vəzifəni bəy və gəlinin qohumları icra edir. Eyni vəziyyət müxtəlif tur agentlərinə və dəb məsləhətçilərinə də aiddir. İstənilən şəxs pul ödəmədən lazımı məsləhəti əldə edə bilər.

ABŞ

ABŞ fast-food vətəni hesab edilir. Heç təəccüblü deyil ki, məhz burada sous və ketçupları tamamilə pulsuz əldə etmək mümkündür. Lazım olan yeganə şey istəməkdir və sifariş verdiyiniz fast-foodla birgə yemək paketinizə bir neçə ketçup əlavə edəcəklər.

Sinqapur

Sinqapura səyahət etsəniz və fast-food restoranlarına baş çəksəniz sonsuz sayda çili sousuna qonaq ola bilərsiniz.

Avstraliya

Avstraliyada dincəlmək üçün nəzərdə tutulmuş parklarda pulsuz olaraq manqalda kabab hazırlaya bilərsiniz. Sizdən tələb olunan yeganə şey özünüzlə ət gətirmək və təmizliyə riayət etməkdir.

İsti hava şəraitini nəzərə alaraq, ölkənin bəzi şəhərlərində yerli əhali və qonaqlar su attraksionlarından və hovuzlardan pulsuz istifadə edə bilərlər. Bu şərait isə əhalini gün vurmadan qorumaq üçün nəzərdə tutulub.

Slovakiya

Mineral su həvəskarları mütləq olaraq Slovakiyaya səfər haqqında düşünməlidir. Burada bəzi mineral su mənbələrinə giriş tamamilə pulsuzdur. Mənbələrdəki su isə lazımi mikroelementlərlə zəngin olduğundan çox faydalıdır.

Norveç

Bu ölkədə belə hesab olunur ki, bütün təbiət müstəsna olaraq əhaliyə məxsusdur. Başqa sözlə desək, istənilən yerə maneəsiz olaraq daxil olmaq, giləmeyvə toplamaq, çaylarda üzmək, çadır qurmaq və s. olar. Əsas olan ətraf mühiti qorumaqdır.

Norveçdə bütün ərazilər inmark (bağlar, parklar, bostanlar) və utmark (dağlar, meşələr, göllər, bataqlıqlar) – a bölünüb. İstənilən əraziyə daxil olmaq azadlığı qorunu, hətta bura şəxsi mülk hesab edilsə belə.

 

Son xəbərlər
Digər xəbərlər