14 C
Baku
Sunday, November 24, 2024

Birləşmiş Ştatların 10 ən nüfuzlu kompaniyası

Standart&Poors 500 auditor kompaniyasının tərtib etdiyi reytinqdə ABŞ-ın kapitallaşma həcminə görə 500 ən iri şirkəti yer almışdır. Onların dünya iqtisadiyyatına təsiri olduqca güclüdür.

Ona görə də bu gün biz sizə bu reytinq əsasında ABŞ-ın 10 ən qüdrətli kompaniyasının siyahısını təqdim edirik. 

10. Wells Fargo & Co

welko

Qısa: WFC
Fəaliyyət sahəsi: banklar
Bazar kapitallaşması: $33 750 000 000

Bu sanki Amerikanın yerli “Kapital Bankıdır”. Amma bu bənzətmə heç də onun iş prinsipi ilə bağlı deyil, əhalini əhatə etməsinə və ABŞ-da fəaliyyət göstərən məntəqələrin sayına görədir. Bank bütün xalq tərəfindən sevilir.

9. Procter & Gamble

pyg234

Qısa: PG
Fəaliyyət sahəsi: istehlak malları bazarı
Bazar kapitallaşması: $67 290 000 000

Bu istehlak bazarının canlı əfsanəsidir. Heç də hər kompaniya öz adının ümumi isim kimi işlənməsinə nail ola bilmir, amma P&G bunu bacardı.

8. Johnson & Johnson

johnsnQısa: JNJ
Fəaliyyət sahəsi: səhiyyə
Bazar kapitallaşması: $67 270 000 000

ABŞ-ın bu tibb müəssisəsinin məhsulları demək olar ki, gündəlik həyatımızın bütün sahələrində rast gəlinir və böyük tələbat duyulur.

7. AT&T Inc

att

Qısa: T
Fəaliyyət sahəsi: telekommunikasiya
Bazar kapitallaşması: $36 930 000 000

ABŞ-ın telekommunikasiya bazarının pioneri uzunsürən məhrumiyyətlər və uğursuzluqlar dövrü yaşadıqdan sonra, 2007-ci ildə öz şəbəkəsində eksklüziv Apple iPhone kommunikatorunun buraxılışından sonra öz kompaniyasını yeni kapitallaşma mərhələsinə apara bilmişdir.

6. Chevron

chvronQısa: CVX
Fəaliyyət sahəsi: energetika
Bazar kapitallaşması: $110 770 000 000

Chevron ola bilsin ki, öz layihələri ilə Azərbaycanda o qədər də məşhur deyil, amma sadəcə bir faktı bilmək kifayət edir ki, şirkət İraqda neft sənayesinin bərpası ilə məşğul olmaq üçün podrat (icazə) əldə etmişdir.

5. Genetal Electric

general%20motorsn

Qısa: GE
Fəaliyyət sahəsi: sənaye
Bazar kapitallaşması: $20 650 000 000

Bircə onu demək kifayətdir ki, GE son yüz il ərzində bazarda daha yaxşı fəaliyyət göstərən yeganə kompaniyadır, konkret desək o, Dou-Cons indeksini geridə qoymuşdur

4. IBM

ibm

Qısa: IBM
Fəaliyyət sahəsi: informasiya texnologiyaları
Bazar kapitallaşması: $195 040 000 000

İBM özünün itki ilə işləyən personal kompüterlər istehsal edən departamentlərini Lenovo firmasına satdıqdan sonra, kompaniyanın işləri daha yaxşı getməyə başlayıb və İBM korporativ bazarda öz keçmiş qüdrətini yavaş-yavaş bərpa edir.

3. Microsoft Corp

miks

Qısa: MSFT
Fəaliyyət sahəsi: informasiya texnologiyaları
Bazar kapitallaşması: $30 390 000 000

Əgər siz bu materialı noutbuk, netbuk və ya digər stasionar kompüterdən oxuyursunuzsa, təxminən 90% ehtimalla demək olar ki, sizin kompüteriniz Windows əməliyyat sistemi ilə idarə olunur və onda Microsoft Office proqramları quraşdırılıb, bu isə artıq özü-özlüyündə çox şey deməkdir.

2. Exxon Mobil Corp

Qısa: XOM
Fəaliyyət sahəsi: energetika
Bazar kapitallaşması: $87 000 000 000

Hansı növ yanacağın kəşfinə və ya istifadəsinə cəhd edilməsinə baxmayaraq neft yenə də öz hegemon mövqeyini qoruyub saxlayır. Ona görə də Exxon şirkətinin bizim reytinqdə təmsil olunması heç də təəccüblü deyil. Planetimizin ən fərqli məkanlarında həyata keçirilən proyektlər və lobbi fəaliyyəti bu kompaniyanın simasını təşkil edir.

1. Apple Inc.

appleee

Qısa: AAPL
Fəaliyyət sahəsi: informasiya texnologiyaları
Bazar kapitallaşması: $670 230 000 000

Apple — təmiz başqa məsələdir. Kompaniyanın korporativ heyəti bütün planet üzrə səpələnir və məhsulları ölkələrə yayılır, digər məsələ isə kompaniyanın məhsullarını almaqdan ötrü insanların hətta öz orqanlarını satmağa belə hazır olmasıdır. Direktorlar auditoriyanı elə toplayır ki, sanki insanlar rok-konsertə gəlir, kompaniyanın kapitallaşması isə artıq dünyanın bir çox ölkələrin illik büdcəsindən qat-qat daha çoxdur.

Son xəbərlər
Digər xəbərlər