14 C
Baku
Friday, November 21, 2025

Azərbaycanda kredit qoyuluşlarının həcmi 16 mlrd. manata düşdü

Mərkəzi Bankın məlumatına əsasən, avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu milli valyuta ekvivalentində 16713,3 milyon manat təşkil edib. Onun 13156,1 milyon manatı uzunmüddətli kreditlər olub.

Kreditlərin 32,4 faizi dövlət, 64,5 faizi qeyri-dövlət bankları, 3,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının payına düşüb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,0 faizini təşkil edib./azertag

Son xəbərlər
Digər xəbərlər