21 C
Baku
Tuesday, October 8, 2024

FED-in iclası öncəsi valyuta birjalarında vəziyyət qarışdı

Bu gün FED-in toplantısı keçiriləcək. Proqnozlara əsasən, dünya valyuta birjalarında azalan ticarət aktivliyi bu gün qismən arta bilər.

FED-in faiz qərarı çərşənbə günü Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq.

Qeyd edək ki, sonra günlər dünya valyuta birjalarında ticarət aktivliyinin zəiflədiyi müşahidə edilir. Beləliklə, EUR/USD cütlüyünün qiyməti yenidən 1.1170 dollar ətrafında ticarət olunur. Lakin bu gün Almaniya və ABŞ iqtisadiyyatı ilə bağlı statistik məlumatlar açıqlanacaq. Məlumatlar fonunda maliyyə bazarlarında ticarət aktivliyi qismən arta bilər.

Avro/Dollar cütlüyü bazar ertəsi 1.1200 dollara kimi bahalaşdıqdan sonra bu gün Asiya sessiyasında 1.1170 dollara kimi ucuzlaşıb. Qiymət 1.1140$-ı yenidən aşağı istiqamətdə qırarsa, 1.1120 dollara kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Eniş trendinin davamı olaraq isə qiymət 1.1100 dolların altında qala bilərsə, 1.0950 dollara kimi də ucuzlaşa bilər.

Bu gün Bakı vaxtı ilə saat 10:00-da Almaniyanın avqust ayı üzrə istehsalçı qiymət indeksi və saat 16:30-da isə Amerikanın avqust ayı üzrə tikintisinə başlanılan mənzillərin və tikinti icazələrinin sayı ilə bağlı məlumatlar açıqlanacaq.

Publika.az

Son xəbərlər
Digər xəbərlər